Ucarda 4 otaqlı ev külə dönüb

Ucarda dəhşətli yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qazyan kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31