Qadınları Türkiyəyə fahişəliyə aparan şəxs tutulub

"Qadın alverçisi" tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Astara rayon sakini Aygün Məmmədovanın qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31