Narkotik satan Ağcabədi sakini yaxalanıb
16 İyun 2016 15:48 KriminalNarkitok vasitə satmağa cəhd edən Ağcabədi sakini "iş başında" yaxalanıb. DİN-dən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayon sakini Fikrət Həsənov 200,08 qram "Spays" narkotik vasitəsini 3400 manata və 700 ABŞ dollarına satarkən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31