Mingəçevirdə batmaq təhlükəsilə üzləşən şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhəri, Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batmaq təhlükəsi ilə üzləşib. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və batmaq təhlükəsilə üzləşən şəxs xilas olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31