Çətənə koluna xidmət edən bağban saxlanıb
16 İyun 2016 14:19 KriminalNardaranda narkotik tərkibli bitki kolları aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində olan bağ evlərinin birində bağban işləyən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məhəmmədəli Sədullayevin həmin evin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi 160 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31