Almaniyanın axtardığı azərbaycanlı Tbilisidə tutuldu
16 İyun 2016 13:25 Kriminalİnterpol tərəfindən barəsində axtarış elan edilən Azərbaycan vətəndaşı Elvin İ. Tbilisidə saxlanılıb.
Virtualaz.org "Qruziya onlayn"a istinadən bildirir ki, o, Türkiyədən Gürcüstana keçən zaman "Sarpi" sərhəd miqrasiya nəzarəti məntəqəsində tutulub.
İnformasiyaya əsasən, Elvin İ. barəsində axtarış bu il fevralın 26-da İnterpolun Almaniyanın Visbaden şəhərindəki bölməsi tərəfindən elan edilib.
Məlumatda bildirilib ki, o, Almaniyanın Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham olunaraq axtarışa verilib. Elvin İ. ağırlaşdırıcı şəraitdə qarət törətməkdə şübhəli bilinir.
Xəbərə görə, onun Almaniyaya ekstardisiyasının hüquqi tərəfləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31