Həbsdəki MTN zabitlərinin “Sentral” arzusu... -RÜŞVƏT DƏ KEÇMƏDİ

Cinayət Məcəlləsinin bir sıra ağır maddələri ilə cinayət törətməkdə ittiham olunan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitlərinə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə getmək üçün cəhdlər edirlər. 

Bu barədə Penitensiar Xidmətdəki mənbə məlumat verib. Məlumatda bildirilir ki, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan MTN zabitləri və Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin əməkdaşları məhbuslar arasında "Sentral" adlandırılan Müalicə Müəssisəsinə getmək üçün hətta külli miqdarda rüşvət də təklif ediblər. Ancaq qeyri-rəsmi qadağaya görə, onların qarşısında "stop" qoyulduğundan bu arzunu gerçəkləşdirə bilmirlər. Mənbəmiz onu da bildirib ki, bu qadağanın nə zaman aradan qalxacağı da bəlli deyil.

Onu da xatırladaq ki, həbs edilənlərdən Akif Çovdarov hazırda 1 saylı Bakı İstintaq Təcridxananın tibb məntəqəsinə yerləşdirilib.(Gununsesi.info)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31