Masallı sakininin həyətində 6 ədəd çətənə kolu aşkar edilib

Masallıda çətənə kolu aşkar edilib. DİN-dən verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərəfə kəndində yaşayan Təbriz Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31