Kabel oğrusunun qolları qandanlanıb

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 12-də şəhər sakini Fərrux Əsədova məxsus evdən 500 metr elektrik kabeli və inşaat materialları oğurlamış şəxs saxlanıb. DİN-dən verilən məlumta görə, saxlanılan şıxsin əvvəllər məhkum olunmuş Zaur Qarayev olduğu müəyyən edilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün daha bir evdən 100 metr elektrik naqili oğurlaması da aşkarlanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31