95 baş qoyunu ələ keçirmək istədi

Paytaxtda qeyri-adi oğurluq hadisəsinə cəhd edilib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri S.Camalovun və R.Səmədovun 4 baş inək və 95 baş qoyunlarını aldadaraq almaqda şübhəli bilinən paytaxt sakini Yaşar Səmədov tutulub. Araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31