Quldurluqla məşğul olanlar saxlanıb

Bakıda quldurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 12-də Bakı şəhər sakini Nizami Əlizadənin 350 manat pulunu quldurluq yolu ilə almış paytaxt sakinləri Fuad Babayev və Murad Vəliyev tutulublar. Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31