41 yaşlı kişini kürəyindən bıçaqladılar

Bakıda daha bir bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, hadisə Səbail rayonu Elçin Əzizov küçəsi 6 ünvanının qarşısında baş verib. Tovuz rayon sakini, 1975-ci ildə anadan olmuş İbrahimov Tahir Qəfər oğlu naməlum şəxs tərəfindən bıçaqlanaraq kürək nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onun vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31