Evdən qızıl üzük aparan qadın saxlanıb
13 İyun 2016 18:31 KriminalBinəqədi rayonunda oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da rayonun M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Nurail Misirxanovun evindən 2 ədəd qızıl üzük oğurlamış Gəncə şəhər sakini Xuraman Səfərova tutulub. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31