Evi qarət edən şəxs saxlanıb

Mingəçevir şəhərində mənzil qarət olunub. DİN-dən verilən məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da Aleksandra Əliyevaya məxsus evdən 104 manat pul və məişət əşyaları oğurlamış şəhər sakini İntiqam Bayramov tutulub. Ətrafında aparılan əməliyyat tədbirlər nəticəsində onun əvvəllər məhkum olduğu müəyyən edilib. 


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31