"Cahangir Hacıyevin işinin öhdəsindən yalnız Hacı Məmmədov gələ bilər"

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı ölkədən qaçıb.

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı ölkədən qaçıb. Hüquq-mühafizə orqanlarımız isə onu 18 mln manatın mənimslənilməsinə görə həbs etmək istəyir. Qorxuram ki, bu işin öhdəsindən yalnız həbsdə olan məşhur sabiq polis Hacı Məmmədov gələ bilər. Təcrübəsi var artıq. "Kişi bilirdi də nə edirdi zamanında, uzaqgörən insandır, ölkəni xeyli maddi zərərdən qurtara bilərdi, amma imkan vermədilər!" - bəlkə indi belə düşünənlər də tapılacaq.

Hər bir halda hüquq-mühafizə orqanlarımıza tövsiyə edirəm ki, digər oğru bankirlərə və onların oğru ailə üzvlərinə münasibətdə daha cəld tərpənsinlər, nə qədər ki, ölkədən qaçmayıblar. Onları müəyyən etmək elə də çətin olmayacaq. Çünki bizdə oğru və dələduz olmayan bankirlərin sayı çox azdır...

Əkrəm Həsənov, bank məsələləri üzrə mütəxəssis

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31