Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilib

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbə sakini Nizam Mahmudova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb. DİN-dən verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 25-də törədilmiş quldurluq cinayətinin iştirakçısı olması da müəyyən edilib. Həmçinin Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şiləvar kəndinin meşə zolağında rayon sakini Anar Məmmədov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 268 ədəd çətənə kolu aşkar edilərək götürülmüş və o, tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31