Bu dəfə məktəb direktorunun müavini əxlaqsızlıq etdi

Kərəm Mirzəyev adına Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbində qalmaqal baş verib

Kərəm Mirzəyev adına Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbində qalmaqal baş verib. Bu barədə  adı çəkilən təhsil ocağından məlumat verilib.  Bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən  məcburi köçkün məktəbinin direktor müavini Akif Səmədov yuxarı sinif şagirdləri olan qızlara qarşı əxlaqsız hərəkətlər edib. Dünən baş verən hadisəni qızlardan biri öz valideyinlərinə danışıb. Nəticədə, həmin uşağın valideyini bu gün adıçəkilən  məktəbdə direktor müavini işləyən Akif Səmədovu döyüb. Hal-hazırda Akif Səmədov xəstəxanaya yerləşdirilib. Direktor müavininə ağır xəsarət yetirildiyi bildirilir.Məktəbin direktoru isə Akif Səmədovun həyat yoldaşı Akifə Səmədovadır.

Bakirə ola-ola müəllimindən hamilə qalan 15 yaşlı qız: -"Məni döyüb, lüt şəkillərimi çəkdi"

Valideyinlər onu da bildiriblər ki, ər-arvadın rəhbərlik etdiyi məktəb həm də ən çox rüşvət halları olan məktəblər kimi tanınır.

Hadisə ilə bağlı Binəqədi rayon polis idarəsində araşdırmalar aparılır.(Gununsesi.info)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31