Türkiyə vətəndaşı azərbaycanlı həyat yoldaşını öldürmək istədi

Bakıda Türkiyə vətəndaşı həyat yoldaşını bıçaqlayıb.

Lent.az bildirir ki, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi ev 8, mənzil 70 ünvanında Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Yeşilkaya Abidin Kurban oğlu həyat yoldaşı, Azərbaycan vətəndaşı Yeşilkaya Oksana Sakit qızını bıçaqlayıb. 2 kəsilmiş-deşilmiş xəsarət alan qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən A.Yeşilkaya saxlanılıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Türkiyə vətəndaşının həyat yoldaşını hansı səbəbdən bıçaqlaması məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31