Kartı oğurlayıb bankomatdan 1157 dollar çıxardı

Sabirabadda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də Eldar Bağırova məxsus "Volkswagen" markalı avtomobildən 100 manat pul və bankomat kartı oğurlamış, habelə həmin kartdan 1157 ABŞ dollarını çıxarmış Sabirabad rayon sakini Valid Əhmədov tutulub.Araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31