Sabirabad sakinindən narkotik və silah götürülüb

Sabirabad sakininin evində və həyətində narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əsgərbəyli kənd sakini Qaraş Qarayevin yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu, zirzəmiyə baxış zamanı isə 6 kiloqram 800 qram marixuana, müvafiq sənədləri olmayan "Simson" markalı ov tüfəngi və 2 ədəd bıçaq aşkar edilərək götürülüb. Q.Qarayev tutulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31