Evdən 4600 manat aparan ələ keçib
8 İyun 2016 14:30 KriminalBakı şəhər sakininin evindən oğurluq edilib. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da Bakı şəhər sakini Anar Mustafayevə məxsus evdən 4600 manat pul oğurlanıb. Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş paytaxt sakini Kamran Həsənov tutulub. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31