Evin hasarından 2 tapança, 7 patron çıxdı

İyunun 6-da Gəncə şəhər sakini Ramiz Hacıyev Nizami (Gəncə) RPİ-yə müraciət edərək yaşadığı evin hasarını sökərkən oradan 1 ədəd karroziyaya uğramış tapança tapmasını bildirib.

İyunun 6-da Gəncə şəhər sakini Ramiz Hacıyev Nizami (Gəncə) RPİ-yə müraciət edərək yaşadığı evin hasarını sökərkən oradan 1 ədəd karroziyaya uğramış tapança tapmasını bildirib. DİN-dən verilən məlumata görə, RPİ əməkdaşları tərəfindən qeyd edilən əraziyə baxış zamanı əlavə olaraq nömrəsi silinmiş "COLT" markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31