Bakıda evə maskalı basqın: qadını döyüb, pullarını apardılar
Bakı şəhərində maskalı şəxslər mənzilə hücum ediblər.
7 İyun 2016 14:57 KriminalBakı şəhərində maskalı şəxslər mənzilə hücum ediblər.
"Report" bildirir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.
Naməlum şəxslər mənzildə tək olan ev sahibəsi Firəngiz Həsənovanın əl-qolunu və ağzını yapışqanlı lentlə bağlayıb və onu döyüblər.
Mənzildə olan pulları və qiymətli əşyaları götürən naməlum şəxslər hadisə yerindən qaçıblar.
F.Həsənova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31