Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus aptekdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 76 kv.m olan aptekin sanitar qovşağında 1 ədəd elektrik şəbəkəsi yanıb. Aptek yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31