Bakıda Nigeriya vətəndaşını döyərək pulunu alıblar

Bakıda Nigeriya vətəndaşına qarşı quldurluq edilib.

Bakıda Nigeriya vətəndaşına qarşı quldurluq edilib.

Səbail rayon Polis İdarəsində verilən məlumata görə, hadisə Bülbül prospektində qeydə alınıb.  Şəxsiyyəti məlum olmayan 2 nəfər Nigeriya vətəndaşı Feliks Stivensi döyərək 200 manat pulunu alıb. 

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədənlərdən biri, Sumqayıt şəhər sakini Əmirulla Nəcəfov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən isti izlərlə tutulub.

Hadisənin digər iştirakçısı, Sumqayıt şəhər sakini Vidadi Hüseynovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31