İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl keçirmək istəyən şəxs saxlanılıb

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi “Mercedes-Benz E 220” markalı avtomobillə gələn Azərbaycan vətəndaşı hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılması məqsədilə sorğu-sual edilib.

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi "Mercedes-Benz E 220" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılması məqsədilə sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində qızıl-zinət əşyalarının olduğunu etiraf edib və 2 ədəd bağlamanı gömrük nəzarətinə təqdim edib. Baxış zamanı həmin bağlamaların içərisində gömrük bəyannaməsində göstərilməmiş, ümumi xalis çəkisi 562,13 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31