Laqunda daşı kişinin boğazını kəsdi

Bakıda dəhşətli ölüm hadisəsi baş verib. Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, laqunda daşı kişinin boğazını kəsib

Bakıda dəhşətli ölüm hadisəsi baş verib. Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, laqunda daşı kişinin boğazını kəsib. Hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Nəriman Nəsirov həyətində təmir işləri apararkən laqunda daşı sınıb və onun boğaz nahiyəsindəki damarlarını kəsib. Ağır xəsarət alan kişi qanaxmadan hadisə yerində ölüb. Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31