41 yaşlı kişinin yanmış meyiti evində tapılıb
Saatlı rayonu, Xanlarkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları yanıb.
6 İyun 2016 14:32 KriminalSaatlı rayonu, Xanlarkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı ev sahibinin oğlu 1975-ci il təvəllüdlü Elşad Səyyah oğlu Əmirovun yanmış cəsədi aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31