Mənzildən pulu seyf qarışıq aparıblar

Bakının Binəqədi rayonunda gənc qıza məxsus mənzildən dəmir seyf oğurlanıb. Məlumata görə, rayonun M.Zeynalov küçəsi 12-də yaşayan 1992-ci il təvəllüdlü Ülkər Əliyevanın mənzilindən içərisində 2 500 manat pul olan seyf oğurlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, .xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31