Mağazalara qənim kəsilən şəxs saxlanıb
7 Mart 2016 15:15 KriminalKriminalistik Tədqiqatlar İdarəsi, Suraxanı RPİ 33-cü PB və Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 25-də Ramil Kərimova məxsus mağazadan mobil telefon və danışıq kartları oğurlamış Göyçay rayon sakini Amil Həşimov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə keçmiş məhkumun bu il yanvarın 17-də Abdulbağı Aslanova məxsus kompyuter salonundan oğurluq etməsi də müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31