Bakıda “Mersedes” qaçıranlar Salyanda saxlandılar

Fevralın 16-da Binəqədi rayonu ərazisindən qaçırılmış İntizam Mehdiyevə məxsus "Mercedes" markalı avtomobil Salyan rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. DİN-dən verilən məlumata görə, saxlanılan sürücü - Lənkəran rayon sakini Zabit Nəzərov, sərnişinləri İlqar Quliyev və İsa Nəzərov Salyan RPŞ-yə təhvil veriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31