“AzTelekom”un kabelnin oğurlayanlar ifşa edilib

Qaradağ rayonunda martın 3-də baş vermiş oğurluq faktının üstü açılıb. Bu barədə DİN-dən verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də Bakı şəhər Telefon Rabitə İstehsalat Birliyi və "AzTelekom" MMC-yə məxsus quyulardan 600 metr kabel oğurlamış Ələt qəsəbə sakinləri Sübhan Dadaşzadə, Xəlil Cabbarov və Əvəz Talıbov tutulublar. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31