Keçmiş məhkumdan “Makarov” götürülüb

Şabran sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Hövsan qəsəbəsində Şabran rayon sakini Əvəz Umayevdən "Makarov" markalı tapança və 6 ədəd patron götürülüb. Onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31