Evində 2 kq marixuana çıxan şəxsin oğurluq faktları aşkarlanıb
7 Mart 2016 15:08 KriminalSabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Həsənzadədən 100 qram marixuana götürülüb. DİN-dən verilən məlumata görə, onun Pirşağı qəsəbəsindəki yaşadığı evə baxış zamanı əlavə 2 kiloqram marixuana aşkar edilərək götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 5-də Aygün Babayevanın evindən qızıl əşyalar, habelə yanvar və feral ayları ərzində Balaxanı qəsəbə sakinləri olan daha 2 nəfərin evlərindən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31