Binəqədidə 3 otaqlı evin 1 otağı yanıb

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus 3 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 9 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31