Lənkəran rayonu, Velədi kəndində vətəndaşa məxsus 6 otaqlı evdə yanğın baş verib. Föqəladə Hallar Nazirliyindən "Olaylar"a verlən məlumata görə, nəticədə ümumi sahəsi 182 kv.m olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində xalça yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31