3 qrama görə 7 il həbs
4 Mart 2016 18:40 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1968-ci il təvəllüdlü Rüzgar Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Trend bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Ağalarov 7 il müddətinə azadlıqdan məhrum edilib. R.Ağalarov 3 qram heroinle saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234 (qanunsuz narkotik maddələrin dövriyyəsi) maddəsi ilə ittiham verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31