Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub
4 Mart 2016 15:57 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat İsmayılov, Samir İsayev və Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə N. İsmayılov və S. İsayevin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan S. Əliyev isə məhkəmə zalında həbs edilib. O, 7 il müddətinə azadlıqdan məhrum olunub. Hər üç şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilridi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31