Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü 8 il azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sərxan Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Mayıl Baramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Bağırov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin iyul ayında paytaxtın Xanlar Ələkbərov küçəsi, 25 ünvanında baş vermişdi. Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Bağırov Sərxan Elxan oğlu idarə etdiyi "İsuzu" markalı, "90-TV-785" dövlət nömrə nişanlı 213 saylı xətt üzrə hərəkət edən avtobusla piyada 1958-ci il təvəllüdlü Tamella Murtuz qızı Babayevanı vurmuşdu. Piyada 3 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədən sürücü S.Bağırov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31