Qoz oğurlamaq arzusu ürəyində qaldı
3 Mart 2016 16:17 KriminalMartın 2-də saat 03 radələrində Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Ramin Əliyevə məxsus mağazadan oğurluğa cəhd olunub. DİN-dən verilən məlumata görə, mağazadan 25 kiloqram qoz oğurlamağa cəhd göstərmiş Masallı rayon sakini Cavad İbrahimov Qaradağ Rayon Mühafizə Şöbəsi əməkdaşları tərəfindən tutularaq Qaradağ RPİ-yə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31