Narkotik alverində təqsirləndirilən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Bəylər Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə B.Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının ötən ilin oktyabr ayında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Daşkəsən rayon sakini Bəylər Tağıyev şübhəli şəxs qismində saxlanılıb. Polis İdarəsində onun üzərinə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, ümumi çəkisi 2 kiloqram 585 qram narkotik maddə olan marixuana aşkar olunub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31