Azərbaycanda qonaqlıqda rəqs etmək üstündə dava düşdü, ölən var
30 yaşlı gənc doğma əmisini öldürüb
2 Mart 2016 16:44 KriminalAğdam rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan Anspress-ə verilən məlumata görə, hadisə Təzəkənd qaçqın düşərgəsində qeydə alınıb. Qəsəbə sakini 1986-cı il təvəllüdlü Cabir Məhəmməd oğlu Fərəcov və onun 1970-ci il təvəllüdlü əmisi Seymur Fərəc oğlu Fərəcov qohumlarının ad günü məclisində iştirak ediblər və birgə yeyib-içiblər. Daha sonra sərxoş əmi və qardaşoğlu arasında rəqs etmək üstündə mübahisə yaranıb. Sərxoş vəziyyətdə olan qardaşoğlu 46 yaşlı əmisini bıçaqlayıb. Bıçaq yarası alan S. Fərəcov Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən 30 yaşlı Cabir Fərəcov tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Ölkə ərazisində sonuncu qətl hadisəsi ötən gün Sabirabad rayonunda baş verib. Rayonun Qalağayın kənd sakini, 26 yaşlı Famil Əlirza oğlu İbişov aralarında yaranan mübahisə zəminində bacısı, 1988-ci il təvəllüdlü Hüsniyyə Əlirza qızı İbişovanın boğazını kəsib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Dünyasını dəyişən qadın ailəli olub və bir müddət əvvəl boşanaraq ata evinə qayıdıb.