Mağazalara qənim kəsilənlər saxlanıblar
2 Mart 2016 15:40 KriminalBakıda oğurluqla məşğul olan yaxalanıblar. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 7-də Elnur Səfərova məxsus mağazadan və bu il yanvarın 29-da Fazil Qasımova məxsus köşkdən pul, tütün məmulatı və spirtli içki oğurlamış Bakı şəhər sakinləri Murad Mirzəyev və Vüsal Səmədov tutulublar. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31