Cibgirin cibindən heroin çıxdı
2 Mart 2016 15:35 KriminalBakıda oğurluq etməyə cəhd göstərmiş Cəlilabad sakini tutulub. "Olaylar" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevral ayının 29-da 20 saylı xətt avtobusunda Abşeron rayon sakini Sevinc Talıbovanın cibindən oğurluq etməyə cəhd göstərmiş Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Babayev tutulub. Ondan 0,215 qram heroin götürülüb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31