Atçılıq idman kompleksində pul oğurlanıb

Bakı sakininin külli miqdarda pulu oğurlanıb. "Olaylar" xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verib. İdarədən bildirilib ki, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 29-da Binə qəsəbəsi Atçılıq idman kompleksində Bakı şəhər sakini Emin Məmmədovun 802 manatını, 46 min 50 rublunu və evinin açarlarını masanın üzərindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Həmid Mirzəyev tutulub. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31