İnsan alverçisi olan qadına hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı bir qrup qadını fahişəliyə cəlb etməkdə ittiham olunan Sima Ramazanzadənin cinayət işi üzrə məhkəməsi başa çatıb. Report bildirir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Ramazanzadə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Ramazanzadə Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham edilib. O, Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31