55 yaşlı kişi kanalda boğulub
1 Mart 2016 17:34 KriminalSabirabad rayon sakini su kanalında boğulub."Olaylar" xəbər verir ki, hadisə rayonun Çöl Beşdəli kəndində baş verib. Kənd sakini, 1961-ci il Nuriyev Rasət Siyasət oğlu kənddən keçən su kanalına düşərək boğulub. Onun meyiti kanaldan çıxarılıb. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. Qeyd edək ki, Sabirabadda dünən 11 yaşlı uşaq da kanala düşərək boğulub. Bundan başqa 26 yaşlı oğlan özündən iki yaş böyük bacısının boğazını kəsərək qətlə yetirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31