Martın 1-də saat 01 radələrində Göygöl rayonunun Topalhəsənli kəndində kənd sakini İsgəndər İsgəndərovun idarə etdiyi "VAZ-2106" və Gürcüstan vətəndaşı Ərzixan Süleymanovun idarə etdiyi "MAN" markalı (avtobus) avtomobillər toqquşub. DİN-dən verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş İ.İsgəndərov orada ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31