Qadının meyiti yanmış evdə tapılıb

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 78 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı Musayeva Nazlı Həsən qızının yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğndan mühafizə olunub. Yanğın saat 03:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31