Azərbaycanın axtarışa verdiyi türkiyəli iş adamı aeroportda tutulub
1 Mart 2016 11:09 KriminalAzərbaycanın axtarışa verdiyi türkiyəli iş adamı tutulub. APA-nın məlumatına görə, Azərbaycanda dələduzluq etdiyinə görə barəsində axtarış elan olunmuş Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Cem Ersoy Selçuk ötən gün Heydər Əliyev Aeroportunda Azərbaycana gələrkən saxlanılıb. APA-nın əldə etdiyi məlumata görə, Cem Ersoy Selçuk Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, 300 min manatlıq dələduzluqda təqsirləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31